Gündəm

468 yeni yoluxma, 2 ölüm

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 468 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 123 nəfər sağalıb.

Bu məlumatı iyulun 27-də Nazirlər Kabineti yanında Operativ Qərargahdan yayıblar. Qurumdan verilən məlumata görə, son sutkada ölkədə koronavirusa yoluxanlardan da 2 nəfər  vəfat edib.

Açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 341 183 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 259-u sağalıb, 5011-i vəfat edib, aktiv xəstə sayı 3 913-ə yüksəlib.

Bildirildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 11 895, ötən müddət ərzində isə ümumilikdə 3 992 592 test aparılıb. 

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button