Gündəm

3968   gündəlik yoluxma aşkarlanıb, 21 ölüm 

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 

3968   yeni yoluxma faktının qeydə alındığı,  bu virusa yoluxanlardan 1151 nəfərin sağaldığı bildirilir. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan avqustun 20-də  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 21 nəfər də vəfat edib. 

Qərargahdan bildirildiyinə görə, indiyədək ölkədə ümumilikdə 384 886 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 343 407-i  sağalıb, 5252-i  vəfat edib, aktiv xəstə sayı 36 227-ə yüksəlib. 

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar  ölkədə 17 215, ötən müddət ərzində isə ümumilikdə 4 285 883 test aparılıb. 

Vaksin olunanların sayı 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 54455 vaksin vurulub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahın  məlumatına görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43046, ikinci mərhələ üzrə  isə  11409 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı da 6045471 təşkil edib. Bunun  3617203-ü birinci, 2428268-i isə ikinci mərhələnin payına düşür . 

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya bu il yanvarın 18-dən start verilib. Ölkədə, əsasən, Çinin “Sinovac” şirkətinin vaksinindən istifadə edildiyi açıqlanıb. 

 

Xatırlatma 

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. 

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button