Gündəm

391 gündəlik yoluxma aşkarlanıb, 11 ölüm

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 391 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan da 835 nəfərin sağaldığı bildirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan habelə oktyabrın 4-də yayılan məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 11 nəfər də vəfat edib.

Açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 486 min 378 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 465 min 446-sı sağalıb, 6 min 584-ü vəfat edib, aktiv xəstə sayı 14 min 348-ə düşüb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button