Siyasət

39 partiya MSK-ya maliyyə hesabatı verib

Mərkəzi Seçki Komissiyası (MSK) 2021-ci il üzrə maliyyə hesabatını təqdim edən siyasi partiyaların yeni siyahısını dərc edib.

Modern.az-ın məlumatına görə, Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış 58 partiyadan 39-u illik maliyyə hesabatını təqdim edib.

2021-ci il üzrə maliyyə hesabatını təqdim edən partiyalar bunlardır:

Yeni Azərbaycan Partiyası

Azərbaycan Milli İstiqlal Partiyası

Azərbaycan Ümid Partiyası

Müsavat Partiyası

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası

Milli Cəbhə Partiyası

“Milli Vəhdət” Partiyası

Böyük Azərbaycan Partiyası

“Qorqud” Partiyası

Böyük Quruluş Partiyası

Azərbaycan Demokratik Maarifçilik Partiyası

Müasir Müsavat Partiyası

Azərbaycan Xalq Partiyası

Vətəndaş və İnkişaf Partiyası

Müstəqil Xalq Partiyası

“Ana Vətən” Partiyası

Demokratik İslahatlar Partiyası

Azərbaycan Tərəqqi Partiyası

Vətəndaş Həmrəyliyi Partiyası

“Ədalət” Partiyası

Milli Dirçəliş Hərəkatı Partiyası

Azərbaycan Liberal Partiyası

Azərbaycan Naminə Alyans Partiyası

Azərbaycan Respublikaçılar Partiyası

Milli Həmrəylik Partiyası

Aydınlar Partiyası

Cümhuriyyət Xalq Partiyası

Azərbaycan Kommunist Partiyası

Azərbaycan Təkamül Partiyası

“Birlik” Partiyası

Azərbaycan Sosial Demokrat Partiyası

Milli Konqres Partiyası

Azərbaycan Liberal Demokrat Partiyası

Yeni Zaman Partiyası

Respublikaçı Alternativ (REAL) Partiyası

Milli Demokrat İdrak Partiyası

Vətəndaş Birliyi Partiyası

Azərbaycan Azad Respublikaçılar Partiyası

Klassik Xalq Cəbhəsi Partiyası

 

Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq, cari ilin yanvarın 1-də başlayan proses aprelin 1-də yekunlaşıb. Bəzi partiyalar hələ də maliyyəti hesabatlarını MSK-ya təqdim etməyiblər. Onlardan bir neçəsi hesabat verdiklərini, lakin MSK-nın rəsmi saytında dərc olunmadığını açıqlayıblar.

 

MSK-nın bugünkü siyahısında 19 partiyanın adı qeyd olunmayıb. Həmin partiyalar aşağıdakılardır:

 

Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası

Vahid Azərbaycan Milli Birlik Partiyası

Ağ Partiyası (AĞP)

Müstəqil Azərbaycan Partiyası

Azərbaycan Milli Dövlətçilik Partiyası

Azərbaycan Vətənpərvərlər Partiyası

Azərbaycan Sosial Rifah Partiyası

Azərbaycan Xalq Cəbhəsi Partiyası

Azərbaycan Vahid Kommunist Partiyası

Sosial Ədalət Partiyası

Vəhdət Partiyası

Azərbaycan Demokrat Partiyası

“Azərbaycan Mübarizləri” Partiyası

Azadlıq Partiyası

Azərbaycan Milli Demokrat Partiyası

Azad Demokratlar Partiyası (AzDP)

Gələcək Azərbaycan Partiyası (GAP)

Haqq Ədalət Partiyası (HƏP)

Azərbaycan Yüksəliş Partiyası (AY Partiya)

 

Parlamentdə təmsil olunan Vəhdət Partiyasından bildiriblər ki, illik maliyyə hesabatlarını MSK-ya göndəriblər, lakin siyahı saytda dərc edilməyib.

 

Xatırladaq ki, qaydalara görə, il ərzində oktyabr ayının 1-dək yeni yaradılan siyasi partiyalar üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-nə qədər olan dövrü əhatə edir. Oktyabr ayının 1-dən sonra yeni yaradılmış siyasi partiyalar üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-nə qədərki dövrü əhatə etməlidir.

 

Beləliklə, 2021-ci il oktyabr ayında qeydiyyata alınmış Haqq Ədalət Partiyası (HƏP) və Azərbaycan Yüksəliş Partiyası (AY Partiya) oktyabr-dekabr aylarına aid maliyyə hesabatını təqdim etməlidirlər.

 

Onu da bildirək ki, MSK prosedura uyğun olaraq illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button