Gündəm

Koronavirus statistikası açıqlandı – 1009 yoluxma, 12 ölüm

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1009 yeni yoluxma faktı qeydə alınıb, 1378 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 488 min 213 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 468 min 421 nəfər müalicə olunaraq sağalıb, 6 min 611 nəfər vəfat edib, aktiv xəstə sayı 13 min 181 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 828, ötən müddət ərzində isə ümumilikdə 4 milyon 912 min 156 test aparılıb.

Ölkədə gün ərzində koronavirus əleyhinə 45 min 948 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 min 19, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 min 929 nəfərdir. Vurulan vaksinlərin ümumi sayı 8 milyon 841 min 520, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 milyon 837 min 342, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 4 milyon 4 min 178 təşkil edir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button