Gündəm

3714 gündəlik yoluxma aşkarlanıb, 31 ölüm

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 min 714 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan 2 min 470 nəfərin sağaldığı bildirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan avqustun 26-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 31 nəfər də vəfat edib.

Qərargahdan bildirildiyinə görə, indiyədək ölkədə ümumilikdə 405 min 542 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 353 min 140-ı sağalıb, 5 min 434-ü vəfat edib, aktiv xəstə sayı 46 min 968-ə yüksəlib.

Vaksin olunanların sayı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 84 min 232 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 54 min 63, ikinci mərhələ üzrə isə 30 min 169 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı da 6 milyon 419 min 537 təşkil edib. Bunun 3 milyon 884 min 713-ü birinci, 2 milyon 534 min 824 -ü isə ikinci mərhələnin payına düşür.

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya bu il yanvarın 18-dən start verilib. Ölkədə, əsasən, Çinin “Sinovac” şirkətinin vaksinindən istifadə edildiyi açıqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button