Gündəm

3107 gündəlik yoluxma aşkarlanıb, 39 ölüm

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 min 107 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 1 min 170 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan avqustun 30-da habelə yayılan məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 39 nəfər də vəfat edib.

Qərargahdan vurğulandığına görə, indiyədək ölkədə ümumilikdə 421 min 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 362 min 898-i sağalıb, 5 min 592-si vəfat edib, aktiv xəstə sayı 52 min 613-ə yüksəlib.

Vaksin olunanlar…

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 min 225 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan o da bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 768, ikinci mərhələ üzrə isə 457 nəfərdir. Qərargah habelə bildirir ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 6 milyon 689 min 31-ə bərabərdir. Bunun 4 milyon 43 min 744-ü birinci, 2 milyon 645 min 287-si isə ikinci mərhələdə peyvənd olunub.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button