Gündəm

3069   gündəlik yoluxma aşkarlanıb, 29 ölüm

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına

3069   yeni yoluxma faktının qeydə alındığı,  bu virusa yoluxanlardan 1180 nəfərin sağaldığı bildirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan avqustun 22-də  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 29 nəfər də vəfat edib.

Qərargahdan bildirildiyinə görə, indiyədək ölkədə ümumilikdə 391 506 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 345 783-ü  sağalıb, 5308-i  vəfat edib, aktiv xəstə sayı 40415-ə yüksəlib.

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar  ölkədə 14 976, hazırkı dövrədək isə 4 ümumilikdə 319 841 test aparılıb.

Vaksin olunanların sayı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 60 191  vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın  məlumatına görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 649, ikinci mərhələ üzrə  isə  14 542 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı da 6 170 376 təşkil edib. Bunun  3 713 143-ü birinci, 2 457 233-ü isə ikinci mərhələnin payına düşür .

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya bu il yanvarın 18-dən start verilib. Ölkədə, əsasən, Çinin “Sinovac” şirkətinin vaksinindən istifadə edildiyi açıqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

 

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button