Siyasət

30 ilin diplomatı müxalifətə keçdi – Azərbaycanda

Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, sabiq səfir İsfəndiyar Vahabzadə müxalifətə keçib.

Bu barədə Unikal.org-a Qarabağ Komitəsinin üzvlərindən biri məlumat verib. Belə ki, İsfəndiyar Vahabzadə Qarabağ Komitəsinin sabah keçirilməsi nəzərədə tutulan xüsusi iclasına da qatılacaq.

Bildirilir ki, İ.Vahabzadə Qarabağ Komitəsinin üzvləri qarşısında Qarabağdan, 30 illik diplomatik fəaliyyəti müddətində Qarabağ məsələsi haqqında xatirələrindən danışacaq.

Qeyd edək ki, toplantı 08 may 2019-cu il, saat 12.00-da KXCP-nin ofisində keçiriləcək.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button