Cəmiyyət

30 aptekdə monitorinqlər keçirilib, 58 dərman müsadirə olunub

Azərbaycanda 30 aptekdə monitorinqlər keçirilib, 58 dərman müsadirə olunub.

Bu barədə  Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri üzrə – 22, digər rayonlar üzrə 8 aptek olmaqla 30 aptekdə 01.01.2022-14.02.2022-ci il tarixləri ərzində planlı və plandan kənar yoxlamalar həyata keçirilib: “Müsadirə edilən qeydiyyatsız və sertifikatsız dərman vasitələrinin sayı 58 adda, 90.4 qutu təşkil edib. İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 451, 452.1, 452.3 maddələri üzrə 19 protokol tərtib edilib”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button