Gündəm

3 ayda Azərbaycana 56 min rusiyalı gəlib – rəsmi

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) bu ilin yanvar-mart aylarında ölkədən gedənlərin statistikasını açıqlayıb. Hesabata görə, fevralın 24-dən – Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan ölkədən gedənlərin sayında artım qeydə alınır.

Bu ilin ilk üç ayında Azərbaycana 56 min rusiyalı gəlib. Ötən ilin birinci rübündə isə bu rəqəm cəmi 20 min olub. Azərbaycana gələn rusiyalıların 32 minə yaxını səfərinin məqsədinin özəl olduğunu bildirib. 7 min 400-dən çox rusiyalı turizm, azı 1600 nəfər işgüzar məqsədlə, 15 mindən çox insan isə xidmət personalı kimi qeydiyyatdan keçib.

Gürcüstana gedən rusiyalıların sayı 5, Ermənistana gedənlərin isə 3 dəfə artıb. Ermənistana gedən 134 min rusiyalıdan 78 mini səfəri özəl, 41 mini isə turizm məqsədilə izah edib. Ötən ilin birinci rübündə Ermənistana cəmi 44 min rusiyalı gedib.

Gürcüstana gedən 38 min rusiyalıdan 28 mini səfərini özəl səbəblə əsaslandırıb. Ötən ilin ilk rübündə bu ölkəyə cəmi 8 min rusiyalı getmişdi. Özbəkistan (ötən il 15 min, bu il 53 min nəfər) və Tacikistana (40 və 8 min nəfər) gedən rusiyalıların sayında da artım müşahidə olunub.

Bundan başqa rusiyalıları islam ölkələrindən Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı, BƏƏ, Livana üz tutublar.

Rusiyalıların miqrasiyasında kəskin artımın bir səbəbi də koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərin qaldırılması ola bilər. 2021-ci ildə əksər ölkələrdə qadağalar qüvvədə idi. Digər əsas məsələ isə Rusiyanın Ukraynaya təcavüzüdür. Bu ilin martında azı 300 min rusiyalının ölkədən getdiyi bildirilirdi. Üstəlik, gedənlərin üçdə birinin IT sahəsində çalışanlar olduğu deyilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button