GündəmManşet

2300-dən çox şəxsin Avropadan Azərbaycana qaytarılması gözlənilir

“Bu il 56 şəxs Azərbaycana readmissiya olunub”.

Bunu  Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

O bildirib ki, 2014-cü ildə Avropa İttifaqı ilə readmissiya haqqında saziş imzalanandan bu günə kimi 2069 şəxs readmissiya olunub:

“Pandemiya dövründə də readmissiya davam etdirilib, əsasən çarter reysləri ilə olub. 2021-ci ildə 420 nəfər, cari ildə isə 56 şəxs readmissiya olunub. Amma ümumilikdə sorğusuna müsbət cavab verilən 2322 şəxsin də readmissiyası gözlənilir” – Xidmət rəisi qeyd edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button