Gündəm

2261 yeni yoluxma , 1805 sağalma

Oktyabrın 31-nə olan rəsmi məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2261 yeni yoluxma faktının qeydə alınıb, bu virusa yoluxanlardan 1805 nəfəri sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

Aşıqlamada qeyd olunur ki, ,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 25 nəfər də vəfat edib.

Qərargahın məlumatında bildirilir ki, indiyədək ölkədə ümumilikdə 531 min 370 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 494 min 179-u sağalıb, 7074-ü vəfat edib, aktiv xəstə sayı 30117-yə yüksəlib.

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 11 min 697, hazırkı dövrədək isə 5 milyon 195 min 536  test aparılıb.

Vaksin olunanların sayı

Məlumatda bildirilir ki, bu gün qədər koronavirus (COVID-19) əleyhinə 43 min 113 vaksin vurulub.

 Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 min 89, ikinci mərhələ üzrə isə 12 min 24 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı da 9 milyon 660 min 868 təşkil edib. Bunun 5 milyon 258 min 418-i birinci, 4 milyon 402 min 450-si isə ikinci mərhələnin payına düşür .

Azərbaycanda koronavirus infeksiyasına qarşı peyvənd vurulmaya bu il yanvarın 18-dən start verilib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər ölənlərin sayı 5 milyonu keçib.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button