Gündəm

2036 yeni yoluxma, 25 ölüm

Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2036 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan da 1045 nəfərin sağaldığı bildirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın oktyabrın 24-də açıqladığı məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.

Açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 516 min 325 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 484 min 600-ü sağalıb, 6894-u vəfat edib, aktiv xəstə sayı 24 min 827-yə yüksəlib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 12 min 325, ötən müddət ərzində isə ümumilikdə 5 milyon 108 min 298 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button