İdman

2022-ci ildə ən çox qol vuranlar kimlərdir?

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2022-ci ilin ilk dörd ayı ərzində ən çox qol vurmuş futbolçuların adları açıqlayıb.

Qol.az xəbər verir ki, siyahıya PSJ-nin hücumçusu Kilian Mbappe və “Bavariya”nın forvardı Robert Levandovski başçılıq edir.

Hər iki futbolçu indiyədək çıxış etdikləri çempionatlarda 15 dəfə fərqləniblər. İtaliya “Latsio”sundan Çiro İmmobile, Macarıstan “Paksi”sindən Martin Adam və Qananın “Asante Kotoko” klubunda çıxış edən kamerunlu Frank Etuqa hərəyə 14 qola imza atıblar.

Siyahıdakı 26 futbolçudan 4-ü 13, 6-sı 12, 11 isə 11 qolla yadda qalıb.

Azərbaycan Premyer Liqasında 2022-ci ildə ən çox qolu “Qarabağ”dan Kadi Borges vurub. 26 yaşlı yarımmüdafiəçi 7 dəfə topu rəqib qapılarından keçirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button