İdman

200-ə yaxın investor “Çelsi”ni almaq istəyir

200-ə yaxın investor “Çelsi” klubunu almaq istəyir.

Qol.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, maraqlı tərəflər martın 18-dək bütün hesabat və klubun gələcək inkişafı üçün öz fəaliyyət planlarını təqdim etməlidirlər.

Potensial alıcılara satış zamanı nağd pul təklifi və ən yüksək məbləği ödəmək qabliyyətinin həlledici olacağı bildirilib. Həmçinin, klubun hazırkı əməkdaşlarının öz işlərini itirməyəcəklərinə dair təminat da mühüm məqam olacaq.

Qeyd edək ki, Roman Abramoviç fevralın 26-da klubun idarəçiliyini “Çelsi” Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. O, martın 2-də isə klubu satmaq niyyətində olduğunu açıqlayıb.

Rusiyalı iş adamı “zadəganlar”ın satışından 4 milyard funt sterlinq (təqribən 4,84 milyard avro) əldə etmək istəyir. Martın 10-da Britaniya hökuməti Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Abromoviçin, o cümlədən klubun aktivləri bloklanıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button