199 gündəlik yoluxma aşkarlanıb, 2 ölüm

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına
199 yeni yoluxma faktı qeydə alındığı, bu virusa yoluxanlardan isə 74 nəfərin sağaldığı bildirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 15-də habelə bildirildiyinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər də vəfat edib.”İndiyədək Azərbaycanda ümumilikdə 337 801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 020 nəfər sağalıb, 4 990 nəfər vəfat edib, aktiv xəstə sayı 1791 nəfərdir”, qərargahdan vurğulanıb.
Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 9093, ötən müddət ərzində isə ümumilikdə 3 886 055 test aparılıb
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
AZADLİQ.ORG