Gündəm

1783 gündəlik yoluxma aşkarlanıb, 32 ölüm

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 min 783 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 3 min 680 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan sentyabrın 16-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 32 nəfər də vəfat edib.

Qərargahdan açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 467 min 173 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 423 min 705-i sağalıb, 6 min 227-si vəfat edib, aktiv xəstə sayı 37 min 241-ə düşüb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.6 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button