Siyasət

17 partiya maliyyə hesabatını təqdim etməyib

Azərbaycanda 17 siyasi partiya 2021-ci il üzrə maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyib.

APA xəbər verir ki, dövlət qeydiyyatına alınmış 58 siyasi partiyadan 41-i MSK-ya maliyyə hesabatını təqdim edib.

Maliyyə hesabatını təqdim etməyən partiyalar aşağıdakılardır:

Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası

Vahid Azərbaycan Milli Birlik Partiyası

Ağ Partiyası (AĞP)

Müstəqil Azərbaycan Partiyası

Azərbaycan Milli Dövlətçilik Partiyası

Azərbaycan Vətənpərvərlər Partiyası

Azərbaycan Sosial Rifah Partiyası

Azərbaycan Xalq Cəbhəsi Partiyası

Azərbaycan Vahid Kommunist Partiyası

Sosial Ədalət Partiyası

Azadlıq Partiyası

Vəhdət Partiyası

“Azərbaycan Mübarizləri” Partiyası

Azərbaycan Milli Demokrat Partiyası

Azad Demokratlar Partiyası (AzDP)

Haqq Ədalət Partiyası (HƏP)

Azərbaycan Yüksəliş Partiyası (AY Partiya)

Maliyyə hesabatı təqdim edən partiyalar aşağıdakılardır:

Yeni Azərbaycan Partiyası

Azərbaycan Milli İstiqlal Partiyası

Azərbaycan Ümid Partiyası

Müsavat Partiyası

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası

Milli Cəbhə Partiyası (MCP)

“Milli Vəhdət” Partiyası

Böyük Azərbaycan Partiyası

“Qorqud” Partiyası

Böyük Quruluş Partiyası

Azərbaycan Demokratik Maarifçilik Partiyası

Müasir Musavat Partiyası

Azərbaycan Xalq Partiyası

Vətəndaş və İnkişaf Partiyası

Müstəqil Xalq Partiyası (MXP)

“Ana Vətən” Partiyası (AVP)

Demokratik İslahatlar Partiyası

Azərbaycan Tərəqqi Partiyası

Vətəndaş Həmrəyliyi Partiyası

“Ədalət” Partiyası

Milli Dirçəliş Hərəkatı Partiyası

Azərbaycan Liberal Partiyası

Azərbaycan Naminə Alyans Partiyası (ANAP)

Azərbaycan Respublikaçılar Partiyası

Milli Həmrəylik Partiyası (MHP)

Aydınlar Partiyası

Cümhuriyyət Xalq Partiyası (CXP)

Azərbaycan Kommunist Partiyası

Azərbaycan Təkamül Partiyası

“Birlik” Partiyası

Azərbaycan Sosial Demokrat Partiyası

Milli Konqres Partiyası

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP)

Yeni Zaman Partiyası (YZP)

Respublikaçı Alternativ (REAL) Partiyası

Milli Demokrat İdrak Partiyası

Vətəndaş Birliyi Partiyası

Azərbaycan Azad Respublikaçılar Partiyası

Gələcək Azərbaycan Partiyası (GAP)

Klassik Xalq Cəbhəsi Partiyası

Azərbaycan Demokrat Partiyası.

Qeyd edək ki, MSK aprelin 1-də illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməli idi.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button