156 gündəlik yoluxma aşkarlanıb

Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına
156 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 37 nəfər sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 11-də habelə verilən məlumata görə, sutka ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan şəxslərdən vəfat edən olmayıb.
Açıqlamaya görə, indiyədək Azərbaycanda ümumilikdə 337 min 254 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 min 762-i sağalıb, 4984-ü vəfat edib, aktiv xəstə sayı isə 1508-ə yüksəlib.
Qurum qeyd edir ki, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 10144, hazırkı dövrədək isə ümumilikdə 3 milyon 852 min 280 test aparılıb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
AZADLİQ.ORG