Gündəm

1289 yeni yoluxma aşkarlanıb, 5 ölüm 

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına  1289 yeni yoluxma faktı qeydə alınıb,  bu virusa yoluxanlardan 409 nəfər sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  avqustun 7-də  habelə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 5 nəfər də vəfat edib. 

Açıqlamaya görə, indiyədək Azərbaycanda ümumilikdə 350605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 334667-i sağalıb, 5056-ı vəfat edib, aktiv xəstə sayı 10882-yə yüksəlib  

Bildirildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə  12625, ötən müddət ərzində isə ümumilikdə 4107190 test aparılıb. 

Xatırlatma 

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. 

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button