Gündəm

1220 yeni yoluxma aşkarlanıb, 7 ölüm 

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1220 yeni yoluxma faktı qeydə alınıb,  bu virusa yoluxanlardan 358 nəfər sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan avqustun 8-də verilən məlumata görə, COVID-19 üçün götürülən  analiz nümunələri müsbət çıxan, 7 nəfər də vəfat edib. 

 Açıqlamaya görə, Azərbaycanda indiyədək ümumilikdə 351825 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 335025-i sağalıb, 5063-ü  vəfat edib, aktiv xəstə sayı 11737-ə yüksəlib. 

Bildirildiyinə görə, ölkədə son sutka ərzində 9578, hazırkı dövrədə isə ümumilikdə 4116768 test aparılıb. 

Xatırlatma 

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. 

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button