Gündəm

1157 gündəlik yoluxma aşkarlanıb, 31 ölüm

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 min 157 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 3 min 65 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu gün, sentyabrın 13-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 31 nəfər də vəfat edib.

Qərargahdan vurğulandığına görə, indiyədək ölkədə ümumilikdə 461 min 249 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 412 min 469-u sağalıb, 6 min 134-ü vəfat edib, aktiv xəstə sayı da 42 min 646-ya yüksəlib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.6 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button