İqtisadiyyat

​​​​​​​Bank sektorunun kredit portfeli bu il 7,4% artıb, depozitlərin de-dollarlaşması davam edir

İqtisadi aktivliyin və istehlak nikbinliyinin yüksəlməsi kreditlərə olan tələbi artırır. Bank sisteminin kredit portfeli avqust ayında 1,6%, ümumilikdə 8 ayda isə 7,4% artıb.
“APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatında deyilir.
Məlumata görə, istehlak kreditləri 12,9%, ipoteka kreditləri 12,2% artıb.
AMB qeyd edir ki, de-dollarlaşma meylləri davam edir. Avqustda dollarlaşma fiziki şəxslərin depozitləri üzrə 44,7%-ə, kredit portfeli üzrə isə 26,8%-ə enib.
Xatırladaq ki, 2021-ci ilin avqustun 1-nə Azərbaycanın bank sektorunda kredit qoyuluşlarının həcmi 14 966,5 mln. manat təşkil edib. Yerləşdirilmiş depozitlərin həcmi isə 24,927 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 10,6% çoxdur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button