Dünya

Ərdoğan: “Putin Çin səfərindən sonra Türkiyəyə gələcək”

“Rusiya Prezidenti Vladimir Putin Çin səfərindən sonra Türkiyəyə səfər edəcəyini bildirib”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfəri zamanı hava limanında jurnalistlərin Rusiya Prezidenti Vladimir Putinin ölkəsinə səfəri ilə bağlı suallarını cavablandırarkən deyib.

“Bu iki ziyarəti etmədən hansı daşı hara qoymağı düşünmək düz olmaz. Onunla görüşüb müzakirə aparmadan qərar vermək düzgün olmaz. Ukrayna ilə Rusiya arasındakı gərginliyi görmək, yaşamaq bizim üçün doğru yanaşma deyil”, – o bildirib.

Qeyd edək ki, V.Putin fevralın 4-də Çinə səfər edəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button