Dünya

Ərdoğan Azərbaycanı Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 18 Oktyabr Müstəqilliyin Bərpasının 30-cu ildönümü münasibətilə təbrik edib.
“Report” xəbər verir ki, dövlət başçısı bu barədə özünün tviter səhifəsində yazıb.
“Aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, kədəri kədərimiz can Azərbaycanın 18 Oktyabr Müstəqilliyinin Bərpası Gününü səmimi qəlbdən təbrik edirəm”, – deyə Türkiyə lideri qeyd edib.
Türkiyənin dövlət başçısı paylaşımına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə fotosunu da əlavə edib.

Aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, kaderi kaderimiz, kederi kederimiz Can Azerbaycan’ın 18 Ekim Bağımsızlık Günü’nü en kalbi duygularımla tebrik ediyorum. pic.twitter.com/aLHcJgT0SY— Recep Tayyip Erdoğan (@RTErdogan) October 18, 2021



REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button