Dünya

Əlcəzairin sabiq prezidenti Əbdüləziz Buteflika vəfat edib

Əlcəzairin keçmiş prezidenti, ölkəyə 1999-cu ildən 2019-cu ilə qədər başçılıq etmiş Əbdüləziz Buteflika dünyasını dəyişib.
“Report” xəbər verir ki, bu barədə Əlcəzairin TV1 dövlət telekanalı bildirib.
Qeyd edilir ki, o, 85 yaşında vəfat edib.
“Əlcəzairin keçmiş prezidenti Əbdüləziz Buteflika öldü”, – telekanal prezident dəftərxanasının bəyanatından sitat gətirib.
Qeyd edək ki, 2019-cu ilin fevralında Əlcəzairdə Buteflikanın prezident seçkilərində iştirakına qarşı kütləvi etiraz aksiyaları başlayıb. Etirazlar zamanı 183 nəfər yaralanıb, 195 nəfər saxlanılıb. Martın 11-də Əlcəzair hökuməti ölkədə kütləvi etirazlar fonunda istefaya gedib. Buteflika isə apreldə vəzifəsindən ayrılıb. 

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button