İqtisadiyyat

Əhalinin işğaldan azad olunan regionlarda məskunlaşmasında özəl təşəbbüslərin təşviqi vacibdir

Azərbaycanın işğaldan azad olunan regionlarının potensialından səmərəli istifadə etməklə əhalinin məskunlaşması təmin edilməlidir.
“APA-Economics” xəbər verir ki, bunu 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” (“Rebuild Karabakh”) və 26-cı Azərbaycan Beynəlxalq İnşaat (“BakuBuild 2021”) sərgilərinin açılışında çıxış edən iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.
Onun sözlərinə görə, bu prosesdə özəl təşəbbüslərin təşviqi, dövlət-özəl tərəfdaşlığın inkişafı vacib amillərdən biridir: “Yalnız belə şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə reinteqrasiyasını təmin etmək mümkündür”.
E. Əliyev həmçinin əlavə edib ki, ölkənin işğaldan azad edilən ərazilərin ümumi iqtisadiyyata reinteqrasiyası, yerli, regional və beynəlxalq nəqliyyat-logistika dəhlizlərinin imkanları Azərbaycanın inkişafına böyük təkan verəcək.
“Hazırda işğaldan azad edilən ərazilərdə iqtisadi canlanmanı sürətləndirilməsi üçün dəstək mexanizmləri, “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyaların tətbiqi ilə aparılan quruculuq işləri, sənaye, ticarət və logistika xidmət mərkəzlərinin, “yaşıl enerji” zonasının yaradılması, bərpa olunan enerji sistemlərinin qurulması, regionun turizm mərkəzinə çevrilməsi ilə bağlı tədbirlər görülür”, – deyə nazir müavini əlavə edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button