Dünya

Əfqanıstanda özbək dilinin rəsmi statusu ləğv edilib

“Taliban” tərəfindən Əfqanıstanda özbək dilini rəsmi statusdan məhrum edən müvəqqəti qanun qüvvəyə minib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, qanuna əsasən İslam dininin sünni-hənəfi məzhəbi Əfqanıstanın rəsmi dini, puştu və dari isə rəsmi dil kimi qəbul edilir.
Eyni zamanda Əfqanıstanın şimal əyalətlərinin bir çox sakini özbək dilində danışır ki, bu da əhalinin 8-9 faizini təşkil edir. Ölkədə əhəmiyyətli sayda şiələr də var.
İcra hakimiyyətinin başçısı vətəndaşlar və ali məclis üzvləri tərəfindən seçilən prezident hesab edilir.
Bundan əlavə, ölkədə bir bayram təsis edilib – “İngilislərdən, ruslardan və amerikalılardan müstəqillik günü”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button