Dünya

Əşrəf Qəninin feysbuk səhifəsi haker hücumuna məruz qalıb

Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qəni beynəlxalq ictimaiyyətə “Taliban” hökumətini tanımağa dair çağrış etmədiyini bildirib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə tviter səhifəsində bildirib.
O, feysbuk səhifəsinin haker hücumuna məruz qaldığın yazıb: “Orada yerləşdirilən məlumatlar reallığa uyğun deyil”.
Xatırladaq ki, “Taliban” Əfqanıstanı ələ keçirəndən sonra Əşrəf Qəni ölkəni tərk edib.
12:57
Əfqanıstanın devrilmiş Prezidenti Əşrəf Qəni beynəlxalq ictimaiyyəti “Taliban” hərəkatının qurduğu yeni hökuməti tanımağa çağırıb.
“Report” xəbər verir ki, məlumatı “Khaama Press” agentliyi yayıb.
“Beynəlxalq ictimaiyyət Əfqanıstan xalqını özündən uzaqlaşdırmamalı, hazırkı hökumətlə qarşılıqlı əlaqədə qurmalıdır. Ona yardım edib, onları tanıyın”, – o deyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button