Dünya

Əşrəf Qəni 2021-ci ilin “ən korrupsionerləri” siyahısına daxil edilib

Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qəni dünyanın müxtəlif ölkələrində müstəqil media qurumları üçün qeyri-kommersiya araşdırma xəbərləri platforması olan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatları Layihəsi (OCCRP) tərəfindən ilin ən korrupsioner məmurlarından biri seçilib.

İstiqlal.az xəbər verir ki, OCCRP-ın açıqlamasına görə, Ə.Qəni mükafata layiqdir, çünki o, “xalqını tərk edərək onları səfalət və ölümə məhkum edib”.

Siyahıya Belarus prezidenti Aleksandr Lukaşenko başçılıq edir. OCCRP-nin verdiyi məlumata görə, siyahıya daxil olan digər şəxslər arasında Suriya diktatoru Bəşər Əsəd, rüsvay edilmiş Avstriya kansleri Sebastian Kurz da var.

OCCRP-ın açıqlamasında deyilir ki, 67 yaşlı Lukaşenko 1993-cü ildən Minskdə hakimiyyətə möhkəm yapışıb, seçkiləri saxtalaşdırıb, tənqidçilərə işgəncə verib, etirazçıları həbs edib, döyüb.
B.Əsəd Suriyanı dağıdıcı vətəndaş müharibəsinə sürükləyib və hakimiyyətdən yapışaraq yüz milyonlarla dollar oğurlayıb. Kurz başqa doqquz siyasətçi və qəzet adamı ilə birlikdə mənimsəmə və rüşvətxorluqda ittiham olunan Avstriya Xalq Partiyasının (OVP) lideri idi.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button