Siyasət

“Əsgərimiz çoxdan Qarabağda olmalı idi, ancaq…” – Türkiyəli deputat gecikmə səbəbindən danışdı

Xəbər verdiyimiz kimi Türkiyə Böyük Millət Məclisi türk əsgərlərinin Qarabağda xidməti ilə bağlı qərar qəbul edib və qərar artıq təsdiqlənib.

Lakin qərar artıq iki həftədir ki, qəbul edilsə də icra edilmir. Maraqlıdır, türk əsgərlərinin Qarabağa yerləşdirilməsini gecikdirən səbəblər nələrdir? Əsgərlərin Azərbaycanda 1 ildən çox qalma ehtimalı varmı?

Savash.org xəbər verir ki, məsələ ilə bağlı Sfera.az-a danışan CHP-dən olan türkiyəli millət vəkili Atilla Sertel türkiyəli əsgərlərin Azərbaycana göndərilməsinin tam zamanı olduğunu, gecikmənin isə iqtisadi problemlərdən irəli gəldiyini bildirib:

“Biz Cümhuriyyət Xalq Partiyası olaraq Qarabağa əsgərlərin göndərilməsi qərarının leyhinə səs verdik. Əslində qərar qəbul edildikdən dərhal sonra əsgərlərin Azərbaycana göndərilməsi lazım idi. Hazırda bu istiqamətdə hazırlıqlar davam etdirilir. Lakin məlum olduğu kimi bu məsələdə birbaşa səlahiyyətli şəxs ölkə başçısı Rəcəb Tayyib Ərdoğandır. Buradan çağırış edərək deyirəm ki, artıq əsgərlərin göndərilməsinin tam vaxtıdır.

Türkiyədə indi iqtisadi baxımdan sıxıntılar var. Hazırda hökumət qətərlilərə şirkətləri satmaqla məşğuldur bu baxımdan yəqin ki, əsgərlərin göndərilməsi məsələsi yubanır”.

Deputat türkiyəli əsgərlərin Qarabağda 1 ildən də çox qala biləcəyini diqqətə çatdırıb:

“Türkiyəli əsgərlərin Azərbaycanda 1 ildən çox qalması məsələsi gündəmə gətirilərsə biz partiya olaraq yenə də bu qərarı dəstəkləyəcəyik. Azərbaycan nə qədər istəsə türkiyəli əsgərlər də o qədər Qarabağda qalmalıdır”.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button