Dünya

Ərdoğanla Rahmon ikitərəfli və regional məsələləri müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tacikistan Prezidenti İmoməli Rahmonla telefon danışığı aparıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası yanında Əlaqələr üzrə İdarə bildirib.
Məlumata görə, Ərdoğan və Rahmon Türkiyə-Tacikistan münasibətlərini və regional prosesləri, xüsusi halda Əfqanıstanda vəziyyəti müzakirə ediblər.
Ərdoğan Rahmonu Tacikistanı müstəqilliyinin 30 illiyi münasibətilə təbrik edib. O, bildirib ki, Türkiyə Mərkəzi Asiya respublikasının müstəqilliyini tanımış ilk dövlət kimi bu ölkəni dəstəkləməyə davam edəcək.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button