Dünya

Ərdoğanın Rusiyaya səfəri başlayıb |

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri başlayıb.
“Report” xəbər verir ki, dövlət başçısının təyyarəsi Soçi şəhərindəki hava limanına enib.
Rəcəb Tayyib Ərdoğanı Soçi Beynəlxalq Hava Limanında Krasnador diyarı qurbernatorunun müavini Aleksandr Ruppel, Soçi bələdiyyəsinin sədri Aleksey Kopayqorodski, Rusiya Xarici İşlər Nazirliyi Protokol İdarəsinin baş direktoru İqor Boqdaşev, Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar və Novorossiysk şəhərindəki baş konsulu Fırat Bayraq qarşılayıblar.
12:34
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərinə səfərə yola düşüb.
“Report” xəbər verir ki, bu gün adıçəkilən şəhərdə R.T.Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş olacaq.
Liderlərin Zirvə toplantısının proqramında heyətlərarası görüş nəzərdə tutulmayıb.
Bildirilib ki, prezidentlər təkbətək görüşəcək və Suriyadakı vəziyyəti müzakirə edəcək.
R.T.Ərdoğan Suriyanın Tel Rıfat və Minbicdəki terrorçu PKK silahlı qruplaşmasının varlığına diqqəti çəkəcək.
Məlumata görə, Türkiyə Prezidenti tərəflər arasında Qazaxıstan paytaxtı Astanada (indiki Nur-Sultan) əldə edilən razılaşmalara uyğun olaraq həmin bölgələrdə terrorun mövcudluğuna son qoyulmasını vurğulayacaq.
2019-cu ilin oktyabrında R.T.Ərdoğanla V.Putin arasında Soçidə keçirilmiş görüşdə terrorçu PKK/YPG-nin Fərat çayından 30 km cənuba çəkilməsi barədə razılıq əldə edilib. Ancaq indi vəziyyət rəsmi Ankaranın gözlədiyindən uzaqdır.
Rusiyanın nəzarəti altında olan Suriyadakı bölgələrdən son zamanlar Türkiyəyə yönəlik hücumlar edilir. Türkiyə lideri bu məsələdə ölkəsinin narahatlığını və hücumların qarşısının alınmasını rusiyalı həmkarının diqqətinə çatdıracaq.
2017-ci ildən indiyədək Ankara və Moskva Suriyanın İdlib əyalətində vəziyyətə xüsusi diqqət ayrır. İdlib ətrafındakı humanitar fəlakətin qarşısını almaq məqsədi ilə bölgədəki terror təşkilatlarının məhv edilməsi üçün danışıqlara başlanmışdı. 2018-ci il sentyabrın 17-də liderlərin Soçidə keçirilən görüşdə imzaladığı anlaşma bu istiqamətdə mühüm bir addım olub. Bunun sayəsində Rusiya və Dəməşq rejimi bölgədəki hücumların qarşısını bir müddət ala bildi. Ancaq Bəşşar Əsəd imzalanan müqavilənin tez-tez pozurdu. Bunun qarşısının alınması məqsədilə Ərdoğanla Putin Moskvada görüşdü.
Son 3 ildə İdlib əyaləti Türkiyə ilə Rusiya arasında əlaqələrin ən kritik məsələsidir. Liderlər əlaqələrin qarşısındakı maneəni aşmaq üçün xüsusi diplomatik xidmət yürütdülər. Odur ki, məsələ Soçi görüşündə yenidən müzakirə ediləcək.
Sammitdə regional və qlobal məsələlər, o cümlədən Liviya və Əfqanıstandakı vəziyyəti müzakirə olunacaq, Türkiyə-Rusiya əlaqələri nəzərədən keçiriləcək.
R.T.Ərdoğanı səfərdə Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının rəhbəri Hakan Fidan, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezidentin sözçüsü İbrahim Kalın müşaiyət edir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button