Dünya

Ərdoğandan ABŞ-a xəbərdarlıq: “Ya təyyarələrimizi, ya da pullarımızı verəcəklər”

“Bizim əlimizdə çoxlu pul olsa da, onları ətrafa səpələyən ölkə deyilik”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşdən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.
Jurnalistin “Amerika ilə bağlı çox açıq bəyanatlar verdiniz. “G-20” Zirvə Toplantısında ABŞ dövlət başçısı Cozef Baydenlə görüşəcəyiniz barədə məlumatlar var. ABŞ-Rusiya tarazlığını saxlamaq üçün “G-20” Zirvəsindəki görüşdə siz harada yer alırsınız?” sualına Rəcəb Tayib Ərdoğan belə cavab verib: “Orada Baydenlə görüşümüzün istiqamətlərini görəcəyik. Məsələn, Brüsseldə onunla bir görüşümüz oldu, indi Romada bir görüşümüz olacaq. Bəlkə də orada bu barədə danışacağıq. ABŞ-ın Suriyaya yanaşması necə olacaq? Bu sualları səsləndirmək imkanımız olacaq. Aramızdakı bütün hərbi, siyasi, iqtisadi və ticarət əlaqələrini nəzərdən keçirəcəyik. Məsələn, “F-35” ətrafında yaranan problem necə olacaq? 1 milyard 400 milyon dollar ödəmişik. Nə olacaq? Onların taleyini görməyimiz lazımdır. Əlimizdə çoxlu pul olsa da, onları ətrafa səpələyən ölkə deyilik. Biz bu pulları asanlıqla qazanmamışıq və qazanmırıq. Ya təyyarərlərimizi, ya da pullarımızı verəcəklər”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button