Dünya
Ərdoğan Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Təhlükəsizlik Şurasını təcili iclasa çağırıb. Bu barədə “Sabah” qəzeti yazıb.
Bildirilib ki, toplantıda Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları müzakirə olunacaq.
Xatırladaq ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı da olub.