Dünya

Ərdoğan səfirlərə cavab verib: “Türkiyəyə dərs vermək sizin həddiniz deyil”

“Türkiyəyə dərs vermək sizin həddiniz deyil”.
“Report” “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 ölkənin səfirinin iş adamı Osman Kavalanın birgə bəyanatına münasibət bildirərkən deyib.
“Bu Soros artığını müdafiə edənlər onun necə sərbəst qalmasına çalışırlar. Türkiyəyə belə bir dərs vermək sizin həddiniz deyil. Siz kimsiniz?”, – dövlət başçısı bildirib.
Qeyd edək ki, ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Niderland, İsveç, Kanada, Norveç və Yeni Zelandiya səfirləri iş adamı Osman Kavalanın azadlığa buraxılması tələbi ilə birgə bəyanatla çıxış ediblər. O.Kavala casusluq və dövlət çevrilişinə cəhddə təqsirləndirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button