Dünya
Ərdoğan Nuru Paşa ilə bağlı paylaşım edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa ilə bağlı paylaşım edib.
Türkiyə dövlət başçısının “Twitter” hesabındakı paylaşımda deyilir:
“Bakını düşmən işğalından qurtaran, modern Türk müdafiə sənayesinin öncüllərindən Qafqaz İslam Ordusu komandanı Nuru Killigil Paşanı vəfatının ildönümündə rəhmətlə yad edirəm”.