Dünya

Ərdoğan İsrail prezidenti ilə danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsrail prezidenti İsxaq Hersoq arasında telefon danışığı olub. Məlumatı Türkiyə prezidenti Administrasiyasının kommunikasiya idarəsi yayıb.

Bildirilib ki, danışıq əsnasında Türkiyə-İsrail münasibətləri, eləcə də, regional məsələlər müzakirə olunub.

Ramazan və Pasxa aylarının sülh və əmin-amanlıq içində keçməsini arzulayan prezident Ərdoğan İsrail prezidenti və bütün yəhudiləri Pasxa bayramı münasibətilə təbrik edib.

İsrail prezidenti də öz növbəsində Ramazan bayramı münasibətilə Ərdoğana təbriklərini çatdırıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button