Dünya

Ərdoğan G20-nin sammitində iştirak etmək üçün İtaliyaya gedib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın paytaxtı Romaya yola düşüb.
“Report”un xəbərinə görə, Türkiyə Prezidentini Atatürk Hava Limanında vitse-prezident Fuat Oktay və İstanbul valisi Əli Yerlikaya yola salıblar.
R.T.Ərdoğan oktyabrın 30-31-də “Böyük İyirmilik” (G20) ölkələrinin liderlərinin Roma sammitində iştirak edəcək.
G20-nin Roma sammitində keçiriləcək görüşlərdə dünya liderlərinin koronavirus pandemiyası fonunda qlobal iqtisadiyyatı bərpa etməyin yolları, iqlim dəyişikliyi, ekologiya, davamlı inkişaf və miqrant böhranı kimi məsələlər ətrafında fikir mübadiləsi aparacağı gözlənilir.
Sammit çərçivəsində Türkiyə Prezidentinin bir sıra dövlət və hökumət başçıları ilə ikitərəfli görüşləri nəzərdə tutulub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button