Dünya

Ərdoğan Əfqanıstan üzrə işçi qrupu yaratmağı təklif edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20-nin himayəsi altında Əfqanıstan üzrə işçi qrupu yaratmaq təklifi ilə çıxış edib.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə o, G20-nin videokonfrans formatında keçirilən fövqəladə Zirvə görüşündə çıxışı zamanı bildirib.
Ərdoğan, həmçinin “Taliban” radikal hərəkatının qızlara təhsil almaq, qadınlara isə işləmək hüququ verməli olduğunu deyib.
“Beynəlxalq ictimaiyyət Əfqanıstandan üz çevirməməli, əfqan xalqını taleyin hökmünə buraxmamalıdır”, – Türkiyə Prezidenti hesab edir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button