İdman

Ən dəyərli klubların siyahısı açıqlanıb

Futbolçularının transfer qiymətinə görə ən dəyərli klubların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa çempionu “Mançester Siti” bu baxımdan liderdir.
“Şəhərlilər” oyunçularının ümumi dəyəri 1 milyard avrodan çox olan yeganə klubdur. Maraqlıdır ki, ilk “10-luq”da İngiltərənin 6 klubu yer alıb. İspaniya 2, Almaniya və Fransa 1 klubla təmsil olunubsa, İtaliyadan heç bir klub ən dəyərlilər sırasına düşə bilməyib.
Ən dəyərli klublar:1. “Mançester Siti” (İngiltərə) – 1 milyard 10 milyon avro2. PSJ (Fransa) – 934 milyon 950 min3. “Çelsi” (İngiltərə) – 909 milyon4. “Liverpul” (İngiltərə) – 904 milyon 500 min5. “Mançester Yunayted” (İngiltərə) – 876 milyon 250 min6. “Real” (İspaniya) – 863 milyon 500 min7. “Bavariya” (Almaniya) – 826 milyon 500 min8. “Barselona” (İspaniya) – 755 milyon9. “Atletiko” (İspaniya) – 729 milyon 400 min10. “Tottenhem” (İngiltərə) – 669 milyon

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button