Mədəniyyət
Əməkdar rəssam vəfat edib

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdindəki İncəsənət Kollecinin direktoru, Respublikanın Əməkdar rəssamı, professor Fikrət Həşimov vəfat edib.
Bu barədə APA-ya sənətşünas Ziyadxan Əliyev məlumat verib.
O, 74 yaşlı rəssamın bu gün, uzun sürən xəstəlikdən sonra vəfat etdiyini bildirilib.
Qeyd edək ki, o, 1948-ci ildə Azərbaycanın Şahbuz rayonunda anadan olub. 1968-ci ildə isə Əzim Əzimzadə adıma rəssamlıq məktəbini bitirib. 1976-cı ildən Sankt-Peterburq şəhərində, İ.Repin adına rəssamlıq akademiyasında təhsilini davam etdirib. 1978-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilib.
2002-ci ildə rəssamı “Əməkdar rəssam” fəxri adı ilə təltif edilib.
Allah rəhmət eləsin!