Siyasət

Əliyev və Paşinyan Brüsseldə görüş keçirmək barədə razılığa gəliblər

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel ilə telefon danışığından sonra dekabrın 15-də Brüsseldə Aİ-Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində görüşün keçirilməsi barədə razılığa gəliblər. Bu barədə RİA Novosti məlumat yayıb.

“Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Aİ-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Brüsseldə görüş keçirməyi təklif edib. Liderlər Brüsseldə görüşün keçirilməsi ilə bağlı razılığa gəliblər – regionda vəziyyət və gərginliyin aradan qaldırılması yolları müzakirə olunacaq”, – sənəddə deyilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button