ManşetSiyasət

Əliyev-Putin görüşü: gözləntilər və reallıqlar

Xəbər veildiyi kimi, sabah Moskvada Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin görüşəcək. Səfərdə Müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin imzalanacağı gözlənilir. Həmçinin görüşdə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Dağlıq Qarabağa dair 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi təmin edilməsi məqsədi ilə müzakirələr aparılacaq. 

Bu görüş Azərbaycanın müxalif camesində kəskin tənqid olunur və bunun Azərbaycanın Rusiyaya sığınması kimi şərh edilir. Təbii ki, Azərbaycanda anti-Rusiya ovqatının kifayət qədər əsasları var. Gülüstan və Türkmənçay müqaviləsindən tutmuş, 28 aprel və 20 yanvar hadisələrinə qədər. Ancaq indi başqa reallıqlar var və siyasət rasionalizmə əsaslanmalıdır. Yaxın keçmişin dərsləri də bunu sübut edir.

1991-ci ildə  dekabrında SSRİ rəsmən çökdü, əvəzində Müstəqil Dövlətlər Birliyi adında amorf bir qurum yarandı. Bunu siyasi təhlilçilər də proqnozlaşdırmışdı.  Üstündən 31 il ötəndən sonra siyasi təhlilçilərin rasionallığı bir daha təsdiqləndi -MDB hələ də “ölü qurum” olaraq qalır. Birliyə daxil olan respublikaların heç bir müstəqilliyini itirmədi. O başqa məsələdir ki, hansı respublika bundan necə faydalandı – Qazaxıstan iqtisadi göstəricilərinə və iqtisadi azadlıqlara görə hamını kölgədə qoydu, Türkmənistan isə avtoritarizminə görə…

Həmin illərdə hakimiyyətdə olan Elçibəy hökuməti isə MDB-yə qarşı sərt mövqe tutdu və birliyə qoşulmaqdan imtina etdi. Ancaq qazanc olmadı – Ermənistan Rusiyanın hərbi dəstəyi ilə Azərbaycanın 20 faizini işğal etdilər. Təcrübəli Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan MDB-yə daxil oldu və o dövr üçün vacib olan atəşkəs imzalandı.  Əks halda başqa bölgələrin də rusların yardımı ilə işğal təhlükəsi var idi.

44 günlük müharibədə də Azərbaycan hakimiyyəti rasional addımlar atdı – Rusiyanı neytrallaşdırdı. Əvəzində 3 ilə işğal olunmuş ərazilər 44 günə azad edildi. Yəni siyasət rasionalizmi sevir.  Bu baxımdan Azərbaycan və Rusiya arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin imzalanmasında qəbahət yoxdur, əksinə, bunun Azərbaycana faydası var.

Birincisi, Rusiya Azərbaycanla həmsərhəddir və Rusiyanın Azərbaycana hərbi müdaxiləsi hər an mümkündür. Bununla bağlı çoxsaylı faktlara hamıya bəllidir – sovet dövründə Şərqi Avropa ölkələrinin işğalından tutmuş son Ukrayna hadisələrinə qədər. Bakı Moskva ilə yalnız normal münasibətlər qurmaqla təhlükəsizliyini təmin edə bilər.

İkincisi, Rusiyanın iqtisadi gücü onsuz da məhduddur və bu da Moskvanın MDB ölkələri ilə yüksək tonda danışmasına imkan vermir. Bu il Rusiyanın büdcə təxminən 10 trilyon rubl (154.1 milyard dollar) təşkil edəcək. Bunun da 33,3 trilyon rublu (51,3 milyard dollar) hərbi xərclərin payına düşür. Müqayisə üçün deyək ki, ABŞ-ın təkcə hərbi xərcləri Rusiyanın dövlət büdcəsindən 5 dəfəyədək çoxdur – 738 milyard dollar. Sadəcə, 80-ci illərdə “Rusiya ac və silahlıdır, ondan qorunmaq lazımdır, deyimi hələ də qüvvəsindədir. Təbii ki, Azərbaycan kimi balaca ölkələr bu reallğı qəbul edir və təmkinli siyasət yürüdürlər.

Üçüncüsü, nəzərə alaq ki, Rusiya siyasətində rasionalizm həmişə arxa planda olub. Təbii resurslarla zəngin Rusiya nəinki Qərb ölkələrindən, hətta Şərqi Avropa ölkələrindən belə geridə qalır. Rusiya analitikləri hələ də bu sual cavab tapa bilmirlər ki,  1979-cu ildə SSRİ geridən qalmış feodal ölkə olan Əfqanıstana niyə hərbi müdaxilə etdi və 10 il bu ölkədə  böyük hərbi hisslər saxladı? Çünki Əfqanıstan nə strateji, nə də varlı ölkə idi…

Bütün bunlar, deməyə əsas verir ki, Bakının siyasəti rasonaldır – Rusiyanı qıcılandırmamaqla inkişaf və Qərbə inteqrasiya etmək. Onsuz da iqtisadi və sosial böhran içində olan Rusiyanı gələcəyi çox dumanlı görünür – o sadəcə olaraq “ac və silahlıdır”.

Q.İBRAHİMLİ

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button