Cəmiyyət

Əlillik təyinatı aparılan Vətən müharibəsi qazilərinin sayı açıqlanıb

Əlillik təyinatı aparılan Vətən müharibəsi qazilərinin sayı məlum olub.

Bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov məlumat verib.

Onun sözlərinə görə, Vətən müharibəsində iştirak edərək yaralanan və ilkin olaraq ağır hal kimi müəyyənləşdirilən 3 805 qazinin qiymətləndirilməsini aparılıb: “Onlardan 3 729 nəfərə Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən şəhadətnamə verildikdən sonra qiymətləndirmə aparılıb. Ötən il Vətən müharibəsinin 2 500-dən artıq qazisinə əlillik təyinatı aparılıb. Ağır hal kimi qiymətləndirilən bütün qazilər tibbi-sosial ekspert komissiyalarının əməkdaşları tərəfindən evlərində müayinə olunub və protokollaşdırılaraq müvafiq təyinatlar aparılıb”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button