Siyasət

Əli İnsanov görüşlərə başladı – Savash.org

Novruz bayramı ərəfəsində verilən Əfv Fərmanı ilə azadlığa çıxan keçmiş səhiyyə naziri Əli İnsanov insan haqları müdafiəçiləri ilə görüşüb.

Bu haqda məlumatı hüquq müdafiəçisi Səidə Qocamanlı verib. Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin ofisində baş tutan görüşdə cəmiyyətin sədri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı iştirak edib.

Səidə Qocamanlının sözlərinə görə, Əli İnsanov onun həbsini davamlı diqqətdə saxladıqları üçün insan haqları müdafiəçilərinə təşəkkürünü bildirib: ”Biz fərmandan bir neçə gün sonra görüşmüşük. Həm birinci, hə də ikinci həbs dönəmlərində biz onun azadlığa çıxması üçün dəfələrlə rəsmi qurumlarla danışıqlar aparmışıq, adı hər zaman əfvə təqdim etdiyimiz siyahılarda olub. Bundan başqa, səhhəti ilə bağlı problem yaşayanda Əli İnsanovun vəkili onun Almaniyadakı həkiminin Azərbaycana gəlməsi məsələsini qaldırmışdı. Bu məsələyə biz də bacardığımız dəstəyi verməyə çalışmışdıq. Azərbaycan hökuməti buna icazə verməsə də, Əli İnsanov o zamankı çalışmalarımıza görə minnətdarlıq etdi”.

Səidə Qocamanlı deyir ki, Əli İnsanov görüşdə azadlığa çıxmasının onun üçün gözlənilməz olduğunu xüsusi vurğulayıb:”O, son ana qədər adının əfv edilən məhbuslar siyahısında olacağına inanmadığını dəfələrlə dedi. Azadlıq böyük nemətdir. Biz onunla söhbətdə bunu bir daha dərk etdik. Əli İnsanov 14 il ailəsi ilə faktiki təmas qurmayıb. Dedi ki, böyük nəvəsi artıq 19 yaşındadır. Onu son dəfə 5 yaşında görüb. Digər ailə üzvləri də elə… Arzu edirləm, bundan sonra Azərbaycanda heç kim haqsız yerə həbs edilməsin”.

İnsan haqları müdafiəçiləri ilə görüşdə Əli İnsanov ölkədə digər siyasi məhbusların azad edilməsi üçün prosesin davam etdirilməsinin vacibliyini də vurğulayıb.

Musavat.com



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button