ManşetSiyasət

Əli Əsədov və Samir Nuriyev azad olunan ərazilərə gediblər

Prezident İlham Əliyevin tapşırığı ilə Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə gediblər. Səfərin məqsədi dövlət başçısı tərəfindən müəyyən edilmiş tapşırıqların icrası ilə yerində tanış olmaq, müxtəlif dövlət qurumlarının həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələrinin, tikinti, bərpa, quruculuq və abadlaşdırma işlərinin gedişatını nəzərdən keçirməkdir.

Əli Əsədov və Samir Nuriyev Füzuli Beynəlxalq Hava Limanına baxış keçiriblər. Nümayəndə heyəti aeroportda yaradılan şəraitlə tanış olub. “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov hava limanında görülən işlər barədə ətraflı məlumat verib.

 

Qeyd edək ki, səfər çərçivəsində nümayəndə heyəti həmçinin “Füzuli” yarımstansiyasına, Horadiz-Ağbənd avtomobil və dəmir yollarının tikinti sahəsinə, minatəmizləmə əməliyyatlarına, “Araz Vadisi İqtisadi Zonası”nın Sənaye Parkına, Zəngilan Beynəlxalq Hava Limanının tikintisinə, Zəngilan rayonunun Ağalı kəndinə və s. yerlərə baxış keçiriləcək.

Yekunda Şuşa şəhərində aidiyyəti dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirənin keçirilməsi nəzərdə tutulur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button