Siyasət

Əli Əsədov və Mixail Mişustin nələri müzakirə ediblər?

Azərbaycan və Rusiya baş nazirləri Əli Əsədov ilə Mixail Mişustin arasında telefon söhbətində iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq məsələləri müzakirə olunub.

TASS xəbər verir ki, Rusiya Nazirlər Kabinetinin verdiyi açıqlamaya görə, əsas diqqəti əhalinin koronavirusa qarşı peyvəndlənməsinə yönəldən iki hökumət başçısı müxtəlif sahələrə aid birgə layihələrin icrası, MDB çərçivəsində inteqrasiya kimi məsələləri gündəmə gətiriblər.

Söhbət zamanı Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpası, nəqliyyat blokadasının açılması istiqamətində Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun fəaliyyətinin də mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button