Dünya

Əlcəzair ilə Fransa arasında diplomatik qalmaqal yaranıb

Əlcəzairin Fransadakı səfiri məsləhətləşmələr üçün geri çağırılıb.
“Report” xəbər verir ki, bu barədə “Algerie Presse Service” agentliyi prezident administrasiyasına istinadən məlumat yayıb.
Əlcəzair hökuməti hansı səbəbdən belə bir addım atdığını açıqlamayıb, yalnız bununla əlaqədar bəyanatın tam mətninin daha sonra dərc olunacağını qeyd edib.
Şimali Afrika respublikasının diplomatik demarşı rəsmi Parisin əlcəzairlilərə verilən viza sayını yarıya endirmək qərarının səbəb olduğu böhran fonunda baş verir.
Əlcəzair prezidenti Əbdülməcid Təbbun isə bildirib ki, Parisdəki səfirin geri çağırılması qərarı Fransa prezidenti Emmanuel Makronun məsuliyyətsiz açıqlamalarından sonra verilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button